RU

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

​-Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

​Qeyd olunub ki, narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

​Eyni zamanda cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Избранный
39
19
operativmedia.az

10Источники