RU

Ölkəni ayağa qaldıran hadisə: Təyyarədaşıyan gəminin hissələri oğurlandı

Britaniya Kral Hərbi Donanmasına məxsus “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin hissələri “Rosyth Dockyard”gəmiqayırma zavodunun işçisi tərəfindən oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Dunfermline Press” məlumat yayıb. Bildirilib ki, sözügedən hadisə ölkədə ciddi narahatlıq yaradıb.

Belə ki, gəmiqayırma zavodunun keçmiş işçisi, 29 yaşlı Ceymi Eyrd məhkəmədə etiraf edib ki, o, təyyarədaşıyan gəmi üçün nəzərdə tutulmuş metal boruları və gövdə klapanlarını oğurlayıb.

Məhkəmədə 1 dekabr 2022-ci il və 20 mart 2023-cü il tarixləri arasında sistematik olaraq oğurlanan əşyaların satıldığı qeyd olunub.

Eyrd oğurladığı hissələrdən 6,275 funt sterlinq (təxminən 11 min manat) qazanıb.

Избранный
46
publika.az

1Источники