RU

Şoyqu Təhlükəsizlik Şurasının katibi postundan gedir

Mayda 70 yaşı tamam olan sabiq müdafiə nazirini kim əvəz edəcək-adlar 
Rusiya prezidenti Vladimir Putin Aleksandr Maslennikovu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini təyin edib. Müvafiq fərman bu gün dərc olunub. Ötən ilin mayında Sergey Şoyqunun müdafiə naziri vəzifəsindən azad olunaraq Rusiya Təhlükəsizlik Şurasının katibi təyin olunması bu qurumun rolu və gələcəyi ilə bağlı çoxlu suallar yaradıb.

Bizim.Media Rusiya mediasına istinasdən xəbər verir ki, əgər bundan əvvəlki katib Nikolay Patruşev dövründə Təhlükəsizlik Şurası əsas təhlükəsizlik qurumları üçün strategiya müəyyən etməyə qadir olan güclü əlaqələndirmə mərkəzi idisə, Şoyqunun gəlişi ilə qurum formal xarakter alıb.  

Patruşev dövründə Təhlükəsizlik Şurası rəhbərinin şəxsi nüfuzu və təhlükəsizlik orqanları ilə əlaqələri sayəsində qeyri-rəsmi ciddi təsir aləti idi.  
 

Patruşev Federal Təhlükəsizlik Xidməti və digər kəşfiyyat xidmətlərini koordinasiya edir, sonra həyata keçirilən strateji istiqamətləri müəyyənləşdirirdi.  


Patruşevin gedişi və Şoyqunun gəlişi ilə bu mühüm istiqamət unuduldu. Təhlükəsizlik Şurası keçmiş müdafiə naziri üçün beynəlxalq ünsiyyət platformasına çevrildi. Rusiya mediasının iddiasına görə, Təhlükəsizlik Şurasında yaranmış bu durğunluq müvəqqətidir. Beləki, 2025-ci ilin mayında Şoyqu 70 illik yubileyini qeyd edəcək. Bu yaş isə Rusiyada çoxları üçün karyerasının başa çatmasını simvolizə edir.

Bu, həmçinin təhlükəsizlik və müdafiə bloklarında Şoyqunun himayə etməkdə davam etdiyi korrupsiya təmizləməsinin davam edəcəyinə də işarə edir. Bütün bunlar onu göstərir ki, Təhlükəsizlik Şurası tezliklə rəhbərlik dəyişikliyinə və əvvəlki roluna qayıtmağa hazırlaşır.

Təhlükəsizlik Şurasının gələcəyi yeni katibin şəxsiyyəti ilə sıx bağlıdır. Lubyankadan olanların üstünlük təşkil etdiyi qurumun tərkibi onu deməyə əsas verir ki, Təhlükəsizlik Şurasının real fəaliyyətə qayıdışı çekist dairəsindən olan bir fiqurun rəhbərliyi ilə mümkündür.

Potensial namizədlər kimi Aleksandr Bortnikov və ya Federal Təhlükəsizlik Xidmətinin digər yüksək vəzifəli nümayəndələrindən birinin adı çəkilir. Bir il əvvəl Təhlükəsizlik Şurasına üzv edilən Putinin varisi kimi göstərilən Aleksandr Dyuminin də şansları az deyil. O, həm Müdafiə Nazirliyində, həm FTX-nın  yetirməsi hesab olunur. Dyumin eyni zamanda mühafizə xidmətində və qubernator vəzifəsində də çalışıb.  

Belə bir təyinat Təhlükəsizlik Şurasının  təhlükəsizlik  strukturlarında ənənəvi əlaqələrindən istifadə edərək  təsirini gücləndirə bilər.
 

Təhlükəsizlik Şurasının katibliyi məhdud, lakin strateji əhəmiyyətli vəzifələr toplusuna görə tez-tez “mini-FTX” adlandırılır. Formal olaraq Təhlükəsizlik Şurasının aşağı səlahiyyətləri var, lakin düzgün lider bunu qeyri-rəsmi əlaqələr, səlahiyyət və aparat imkanları hesabına kompensasiya edə bilir. Rəhbərliyin daha uyğun bir şəxsə dəyişdirilməsi Təhlükəsizlik Şurasını yenidən təhlükəsizlik və xarici siyasət qurumlarının əlaqələndirilməsi üzrə real mərkəzə çevirə bilər.


Beləliklə, Şoyqunun rəhbərliyi altında Təhlükəsizlik Şurasının hazırkı “sakitliyi” müvəqqəti görünür. Katib dəyişikliyi ilə Təhlükəsizlik Şurası xüsusilə təhlükəsizlik bloku üçün artan çağırışlar kontekstində yenidən əhəmiyyətli siyasi oyunçuya çevrilə bilər. (Müsavat)

Bizim.Media

Избранный
57
50
bizim.media

10Источники