RU

Premyer-liqa klubunun rəsmisindən Arda Gülər etirafı

Futbol dünyasında Monçi adı ilə tanınan və hazırda ''Aston Villa''da idman direktoru kimi çalışan ispaniyalı Ramon Rodriges Verdexo ''Real''ın türkiyəli ulduzu Arda Gülər ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O, Ardanı təqib etdiklərini gizlətməyib. 56 yaşlı Monçi daha öncə iki fərqli dönəmdə (2000-17, 2019-23) ''Sevilya''da və eləcə də ''Roma''da (2017-19) idman direktoru kimi çalışıb. Bu mövsüm Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmaqla adından söz etdirən ''Aston Villa''da bu vəzifəni 2023-ün yayından icra edən Monçi ''Marka''ya açıqlamasında bunları deyib:
''Ardanı gözəl tanıyıram. Məncə, hər idman direktorunun Türkiyə ''bazarından'' təqib etdiyi ilk futbolçu Ardadı. Gücləndirmək istədiyimiz mövqeyə tam uyğun gələn və bizə lazım olan keyfiyyətlərə malik olan futbolçudu. ''Aston Villa''nın bu oyunçuya böyük marağı var. Bizim üçün çox cəlbedici bir layihədi. Fikrimcə, Arda həm də önəmli texniki göstəricilərə malikdi. Üstəlik güclü xarakteri var. Bunu Türkiyə yığmasının həyətindəki oyunlarda tez-tez ortaya qoyur. Halbuki yığmada onun üzərinə yaşına uyğun olmayan dərəcədə məsuliyyət yüklənilir''.
Избранный
32
football-plus.az

1Источники