Ozancan Kökçünün də formasını geydiyi "Helsinki" Finlandiya kubokunun final matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda "İnter Turku" ilə qarşılaşıb.
Görüşün əsas və əlavə vaxtı 4:4 hesabı ilə bitib. Ona görə də penaltilər seriyası oynanılıb. Burada "İnter Turku" daha dəqiq olub və kuboku qazanıb - 8:7. Ozancan da bu qarşılaşmada iştirak edib. O, meydana 64-cü dəqiqədə çıxıb və sonadək oynayıb.
Penalti seriyasında "Helsinki" adına zərbə vuranlardan biri də məhz Kökçü olub. 26 yaşlı hücumçu qapını dəqiq nişan ala bilməyib və "Helsinki" meydandan məğlub ayrılıb.