RU

Biz öz qanunlarımızı yaradacağıq - Taliban

Əfqanıstanın Qərb qanunlarına ehtiyac yoxdur və şəriət qanunları qüvvədə olduğu müddət ərzində demokratiya ölüdür.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Taliban lideri Heybətullah Axundzadə bildirib.

"Qərbdən gələn qanunlara ehtiyac yoxdur. Biz öz qanunlarımızı yaradacağıq", - o qeyd edib.

Xatırladaq ki, Taliban 2021-ci ildə ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsindən sonra yenidən ölkənin hakimiyyətini ələ keçirdi.

Избранный
72
3
axar.az

4Источники