Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı plastik cərrah, qulaq-burun-boğaz həkimi, art-lor-rinoplastika metodikasının müəllifi İlyana Qonçarova izah edib.
Statistikaya görə, burun çəpəri əyriliyi müxtəlif dərəcələrdə insanların 80%-dən çoxunda müşahidə olunur. Yüngül hallarda bu, heç bir narahatlıq yaratmır, lakin əhəmiyyətli deformasiyalar həyat keyfiyyətini xeyli pisləşdirə, o cümlədən ağızdan pis qoxunun yaranmasına səbəb ola bilər.