Demokrat.az xəbər verir ki, Yadeqari "Cal AI" proqramının yaradıcısıdır.
Onun proqramı istifadəçilərin boşqablarındakı yeməklərin fotolarını çəkir və onların kalori və makronutrient dəyərlərini təhlil edir. Ötən ilin may ayında istifadəyə verilən proqram qısa zamanda 5 milyon dəfədən çox yüklənib və aylıq 2 milyon dollardan çox gəlir əldə edib.
Bütün bu nailiyyətlərə baxmayaraq, 4.0 GPA və 36-dan 34 ACT balı olan Yadeqari, müraciət etdiyi 18 universitetdən yalnız üçünə qəbul olub: Georgia Tech, Texas Universiteti və Mayami Universiteti.