- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
İnsanların çoxu bizim bunu edə biləcəyimizi düşünmürdülər.
Bunu "Report"a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç komandanın Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə danışarkən deyib.
Mütəxəssis Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirindəki inamlı çıxışa görə oyunçulara təşəkkür edib: "Qızlar məni çox qürurlandırdılar. Matçlarda sonadək mübarizə apardılar. Həqiqətən də olimpiadaya lisenziya əldə etməyə layiqik. Hamıya bu qalibiyyəti çox istədiyimizi göstərdik".
Baş məşqçi komandaya əvvəldən inandığını sözlərinə əlavə edib: "Qızlarımız böyük nailiyyətlər əldə edə biləcəyimizi göstərdilər. Şadam ki, Azərbaycan üçün ilk dəfə bunu bacardıq və artıq ölkənin idman tarixinin bir hissəsiyik".
Qeyd edək ki, millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.