AZ

La Liqa klubu baş məşqçisini cəmi 2 ay sonra istefaya göndərdi

La Liqanın autsayderi "Valyadolid" baş məşqçi Dieqo Kokkanı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Valyadolid"in müvəqqəti baş məşqçisi Alvaro Rubio təyin edilib.

Qeyd edək ki, "Valyadolid" Kokkanı 2024-cü ilin dekabrında baş məşqçisi təyin etmişdi. Bu müddət ərzində komanda 8 oyunun 7-də məğlub olub. Komandanın yeganə qələbəsi “Betis” üzərində olub.

Maraqlıdır ki, bu, artıq 2024/25 mövsümündə komandadan qovulan ikinci məşqçidir. Kokkiyə qədər "Valyadolid"i Paulo Pezzolano çalışdırıb.

"Valyadolid" 24 turda qazandığı 15 xalla turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.
 

Seçilən
147
9
fanat.az

7Mənbələr