Türkiyənin məşhur siması, "Hudutsuz Sevda" serialında Kaan obrazını canlandıran Burak Çelik sosial media hesabından paylaşdığı video ilə ata olacağını açıqlayıb.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, "Kuruluş Osman", "Senden Daha Güzel" kimi layihələrdə də rol alan məşhur aktyor Burak Çelik ötən ilin dekabrında Karadağda Ece Bayrakla ailə həyatı qurub.
3 aydır evli olan 32 yaşlı aktyor sosial media hesabında "Ən gözəl sürpriz" qeydlə izləyiciləri ilə ata olacağı müjdəsini paylaşıb.