Bakı. Trend:
Martın 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi:nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirəkeçirilib.
Parlamentdən Trend-ə verilənməlumata görə, təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin sədri Sadiq Qurbanov tədbiri giriş nitqi ilə açaraqiştirakçıları salamlayıb və bu dinləmənin keçirilməsi üçüngöstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədriSahibə Qafarovaya təşəkkür edib.
Komitə sədri Sadiq Qurbanov son illər energetika sektorundamühüm islahatlar keçirən Azərbaycanın enerji effektivliyininartırılması və bərpa olunan enerji mənbələrindən istifadəningenişləndirilməsi istiqamətində atdığı uğurlu layihələrdən, əldəolunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən söz açıb.
Komitə sədri ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsindəAzərbaycanda enerji diversifikasiyasında və enerji effektivliyindəböyük irəliləyiş əldə olunduğunu vurğulayıb, bu sahənin inkişafperspektivləri, qənaətcil texnologiyaların tətbiqi ilə bağlıfikirlərini bölüşüb.
Sonra energetika nazirinin müavini Elnur Soltanov Azərbaycandaenerji istehsalında və istehlakında tətbiq edilən yeni innovativtexnologiyalar sayəsində əldə olunan müsbət nəticələri diqqətəçatdırıb. O, ölkədə enerji effektivliyi və qənaəti ilə bağlı mövcudimkanlar və atılacaq addımlar barədə danışıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin sədri Azər Əmiraslanov çıxışında Azərbaycandaenerji səmərəliliyinin dövlət siyasəti səviyyəsinə qaldırıldığınıqeyd edərək enerji səmərəliliyinin iqtisadiyyatatransformasiyası və məsələnin iqtisadi aspektləri barədə danışıb.O, ölkədə həm qanunvericilik sahəsində, həm də praktiki müstəvidəalternativ və bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişlişəraitin yaradıldığını qeyd edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov2024-cü ildə Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən COP29-uniqlim diplomatiyasında dönüş nöqtəsi olmasından bəhs edib, enerjisəmərəliliyi təşəbbüslərinin və proqramlarının qanunvericiliklədəstəklənməsinin əhəmiyətindən danışıb.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Əfqan İsayev ARDNŞ-nindekarbonizasiya və enerji keçidi istiqamətində mühüm layihələr icraetdiyini deyib. O vurğulayıb ki, şirkət beynəlxalq ekolojikonvensiyalar və müqavilələr çərçivəsində öz öhdəliklərini yerinəyetirməklə yanaşı, iqlim dəyişikliklərinə təsirin azaldılmasısahəsində də fəaldır.
Sonra ARDNŞ-nin vitse-prezidentinin müavini Teymur Quliyev“ARDNŞ-nin dekarbonizasiya strategiyası və gələcək perspektivləri”adlı slaydlarla müşayiət olunan təqdimatını nümayiş etdirib.Təqdimatda şirkətin dekarbonizasiya hədəflərinə çatması sahəsindəhəyata keçirdiyi layihələr, əldə etdiyi nailiyyətlər və buistiqamətdə qurulmuş uğurlu əməkdaşlıqlar haqqında ətraflı məlumatverilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovqurumun fəaliyyətində səmərəliliyi daha da artırmaq üçün icraolunan Transformasiya proqramı barədə slaydlarla müşayiət olunantəqdimat nümayiş etdirib. Təqdimatda qazpaylama işinin təşkilindəsəmərəliliyi artırmaq, itkilərin qarşısının almaq üçün görülənişlərdən bəhs edilib.
“Azərenerji” ASC-nin vitse-prezidentin birinci müavini YusifQarayev və Texniki İstehsalat İdarəsinin rəis müavini MuxtarMahmudov “Enerji səmərəliliyi və rəqəmsal idarəetmə: imkanlar vəperspektivlər” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışçılargenerasiya güclərinin mövcud vəziyyəti, iqlim dəyişikliklərinəadaptasiya və səmərəlilik tədbirləri, istilik və elektrik ötürücüsistemlərin yenilənməsi, o cümlədən yaşıl enerji layihələri barədəməlumat veriblər.
İctimai müzakirədə Milli Məclisin komitə sədri Musa Quliyev,deputatlar Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Elman Nəsirov,Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələlərişöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, “Azərişıq” ASC-nin sədrmüavini Ramil Yusifov, Azərbaycan Milli Elmlər Akademiyasınınvitse-prezidenti Arif Həşimov, Dövlət İdarəçilik Akademiyasınınrektoru Urxan Ələkbərov, Azərbaycan Texniki Universitetininprorektoru Nurəli Yusifbəyli, Ekologiya və Təbii SərvətlərNazirliyinin şöbə müdiri Fuad Hümbətov çıxış edərək mövzu ilə bağlıfikirlərini bölüşüblər, rəy və təkliflərini səsləndiriblər.
İctimai müzakirənin yekununda komitə sədri Sadiq Qurbanov,energetika nazirinin müavini Elnur Soltanov, Nazirlər KabinetininSənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə, “Azəriqaz”İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov qaldırılanməsələlərə münasibətlərini bildiriblər, səsləndirilən suallaraaydınlıq gətiriblər.
Tədbirdə Milli Məclisin deputatları, Milli Məclisin Aparatınınəməkdaşları, aidiyyətı qurumların təmsilçiləri, ali təhsilmüəssisələrinin nümayəndələri və digər şəxslər iştirak ediblər.