AZ

Ukraynada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)

Bakı. Trend:

Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 33-cüildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Krivoy Roq şəhərində azərbaycan diasporununfəalları həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarınaehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və güldəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Sonra tədbir iştirakçılarına Xocalıfaciəsinin tarixi haqqında ətraflı məlumat verilib.

Xarkov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.Tədbirdə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu ƏfqanSalmanov, Albaniya Respublikasının Xarkovdakı fəxri konsulu ŞahinÖmərov, Xarkov Vilayət Dövlət Administrasiyasının investisiya vəxarici iqtisadi fəaliyyət idarəsinin xarici iqtisadi əlaqələr vəbeynəlxalq münasibətlər şöbəsinin müdiri İnessa Qluşenko, Xarkovvilayətinin “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanınxalq rəssamı Katib Məmmədov, elmi institutların nümayəndələri,yaradıcı və təhsil ictimaiyyətinin üzvləri, eləcə də Xarkovsakinləri iştirak ediblər. Çıxışçılar erməni separatçılarınınXocalıda törətdikləri cinayətlərin amansızlığının, bu faciəninnəticələri və günahsız insanların qətlə yetirilməsinin dünyatərəfindən soyqırım aktı kimi tanınmasının vacibliyinivurğulayıblar. Daha sonra Xocalı soyqırımını haqqında sənədli filmgöstərilib. Sonda tədbir iştirakçıları Xarkov İnformasiya-SərgiMərkəzinin “Buzok” qalereyasında Xocalı soyqırımının 33-cüildönümünə həsr olunan fotosərgisiyə baxıblar.

Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Ukraynada
Seçilən
15
3
az.trend.az

4Mənbələr