AZ

Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımının qurbanları yad edilib

Bakı, 4 mart, AZƏRTAC

Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Krivoy Roq şəhərində Azərbaycan diasporunun fəalları həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarına ehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və gül dəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi Xarkov şəhərində də anılıb. Tədbirdə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Albaniyanın Xarkovdakı fəxri konsulu Şahin Ömərov, Xarkov Vilayət Dövlət Administrasiyasının investisiya və xarici iqtisadi fəaliyyət idarəsinin xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin müdiri İnessa Qluşenko, Xarkov vilayətinin “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın xalq rəssamı Katib Məmmədov, elmi institutların nümayəndələri, yaradıcı və təhsil ictimaiyyətinin üzvləri, eləcə də Xarkov sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər erməni separatçılarının Xocalıda törətdikləri cinayətlərin amansızlığının, bu faciənin nəticələri və günahsız insanların qətlə yetirilməsinin dünya tərəfindən soyqırımı aktı kimi tanınmasının vacibliyini vurğulayıblar.

Daha sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları Xarkov İnformasiya-Sərgi Mərkəzinin “Buzok” qalereyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan fotosərgiyə baxıblar.

Seçilən
8
3
azertag.az

4Mənbələr