AZ

Vaşinqtondan Londona qadağa: Kiyevlə kəşfiyyat məlumatlarımızı paylaşma

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyinə cavab olaraq Britaniyaya Amerika kəşfiyyatını Ukrayna ilə bölüşməyi qadağan edib.

Herbiand.az bildirir ki, bu barədə Daily Mail öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Britaniyanın bütün kəşfiyyat xidmətləri və hərbi birləşmələri növbəti bildirişə qədər Amerika kəşfiyyatını artıq Ukrayna ilə paylaşa bilməyəcəkləri barədə əmr alıblar. Qadağanın təsirinə məruz qalan təşkilatlar arasında Böyük Britaniya Hökumətinin Rabitə Qərargahı, casus agentlikləri və Müdafiə Nazirliyinin kəşfiyyat bölmələri var.

ABŞ kəşfiyyat məlumatlarının Kiyevdə yerləşən agentliklər vasitəsilə Ukraynaya ötürülməsinə ciddi nəzarət edəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
105
39
herbiand.az

10Mənbələr