AZ

Göygöldə dəm qazından ölənlər Kəlbəcər sakinləridir - YENİ DETALLAR

Göygölün Aşıqlı kəndində mənzildən 4 nəfərin meyiti tapılıb.

Redaktor.az modern.az-a istinadən məlumatına görə, həyatını itirənlər Göygöl rayonunun Aşıqlı kəndində kirayə yaşayırmışlar.

Onlar Kəlbəcər rayonunun Qılınclı kənd sakinləri, 1999-cu il təvəllüdlü (26 yaş) Hüseynli Seymur Əşrəf oğlu bacıları, 2000-ci il təvəllüdlü (25 yaş) Hüseynova Münəvvər Əşrəf qızı, 2004-cü il təvəllüdlü (21 yaş) Hüseynova Xatirə Əşrəf qızı, Kəlbəcər rayonunun Laçın kənd sakini, 1990-cı il təvəllüdlü (35 yaş) Müseyibova Səbinə Şaiq qızıdır.

 Qeyd edək ki, həyatını itirənlərin dəm qazından zəhərləndiyi təsdiqlənməyib.

Hazırda hadisə yerində polis əməkdaşları və digər hüquq-mühafizə orqanları işləyir.

Seçilən
47
3
redaktor.az

4Mənbələr