Göygölün Aşıqlı kəndində mənzildən 4 nəfərin meyiti tapılıb.AFN.az-ın Modern.az-a istinadən məlumatına görə, həyatını itirənlər Göygöl rayonunun Aşıqlı kəndində kirayə yaşayırmışlar.Onlar Kəlbəcər rayonunun Qılınclı kənd sakinləri, 1999-cu il təvəllüdlü (26 yaş) Hüseynli Seymur Əşrəf oğlu, bacıları, 2000-ci il təvəllüdlü (25 yaş) Hüseynova Münəvvər Əşrəf qızı, 2004-cü il təvəllüdlü (21 yaş) Hüseynova Xatirə Əşrəf qızı, Kəlbəcər rayonunun Laçın kənd sakini, 1990-cı il təvəllüdlü (35 yaş) Müseyibova Səbinə Şaiq qızıdır.Qeyd edək ki, həyatını itirənlərin dəm qazından zəhərləndiyi təsdiqlənməyib.Hazırda hadisə yerində polis əməkdaşları və digər hüquq-mühafizə orqanları işləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta