1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyətin nizamlanması üzrə planı təqdim etmək üçün gələn həftə Volodimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" qəzeti diplomatik mənbələrə istinadən məlumat verib.
"Kir Starmer və Emmanuel Makron Trampa bu plan (nizamlanma - red.) üzrə vahid cəbhə təqdim etmək üçün artıq gələn həftə Zelenski ilə Vaşinqtona getməyə hazırdırlar", - deyə "Daily Mail" yazıb. Qeyd edək ki, daha əvvəl Makron "Figaro" nəşrinə verdiyi müsahibədə Starmerlə birlikdə havada, dənizdə və Ukraynanın enerji infrastrukturu ilə bağlı bir ay müddətinə atəşkəs təklif etdiyini bildirmişdi. O, uzun cəbhə xətti boyunca atəşkəs rejiminə riayət olunmasına nəzarətin çətinliyi ilə əlaqədar təklifin qurudakı vəziyyətə aid olmadığını qeyd etmişdi.