AZ

Cənubi Koreyada iki hərbi pilota qarşı ittiham irəli sürüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreyada ABŞ ilə birgə təlimlər zamanı yaşayış məntəqəsinə səhvən səkkiz bomba atan Hərbi Hava Qüvvələrinin iki pilotuna qarşı peşəkar səhlənkarlıq maddəsi üzrə ittiham irəli sürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.
"Cinayət Axtarış Komandanlığı istintaq zamanı təsdiqləyib ki, qəzaya birbaşa səbəb pilotların hədəf koordinatlarını səhv daxil etmələri olub", - deyə nazirliyin bəyanatında bildirilib.
Məlumata görə, həmçinin iki bölmə komandiri də tabeliklərində olanlara konkret göstərişlər vermədikləri üçün işdən çıxarılıblar.
Pilotlar kilsə də daxil olmaqla, hərbi obyektlərə ziyan vurmaqda ittiham olunurlar. Bundan əlavə, Hərbi Hava Qüvvələri keçirəcəyi iclas zamanı təyyarənin istismarını davam etdirmək üçün əməkdaşların kvalifikasiyası məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, martın 6-da Cənubi Koreyaya məxsus iki "KF-16" qırıcı təyyarəsi təlimlər zamanı Phoçhon şəhərinin İdonq rayonundakı Noqok kəndinə səkkiz bomba atıb. Bombalar küçəyə düşüb və bir neçə binaya, o cümlədən kilsəyə ziyan vurub.
Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisənin pilotun səhvi ucbatından, onun uçuşa hazırlaşarkən hədəf koordinatlarını səhv daxil etməsi səbəbindən baş verdiyini bildirib. Nəticədə 14-ü hərbçi olmaqla 29 nəfər yaralanıb. Yenilənmiş məlumata görə, yaralanan mülki şəxslərin sayı 19-a çatıb.
Seçilən
1
1
oxu.az

10Mənbələr