Cənubi Koreya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı səhvən mülki yaşayış məntəqəsinə 8 bomba atıb.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Hadisə Kyonnggido şəhərindəki Pocheon Promotion poliqonunda baş tutan ABŞ-Koreya birgə təlimləri zamanı baş verib.
Bombalar 7 şəxsi evə və kilsəyə ziyan vurub, 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti üzr istəyib və dəymiş bütün zərərləri ödəyəcəyini bildirib.
Gülayə Mecid