AZ

Cənubi Koreyada bombalı insident: İki zabit vəzifədən uzaqlaşdırıldı

Cənubi Koreya Silahlı Qüvvələri təlimlər zamanı qırıcı eskadrilyanın səhvən yaşayış məntəqəsinə bomba atmasına görə məsuliyyət daşıyan Hərbi Hava Qüvvələrinin polkovnikini və polkovnik-leytenantını vəzifəsindən azad edib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.

 

Məlumata görə, xidmətdən xaric edilməsi üçün əsas kimi xidməti vəzifələrin kobud şəkildə pozulması və kifayət qədər nəzarətin olmaması göstərilir.

 

Xatırladaq ki, martın 6-da Cənubi Koreyaya məxsus iki "KF-16" qırıcı təyyarəsi təlimlər zamanı Phoçhon şəhərinin İdonq rayonundakı Noqok kəndinə 8 bomba atıb. Bombalar küçəyə düşüb və bir neçə binaya, o cümlədən kilsəyə ziyan vurub.

 

Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisənin pilotun səhvi ucbatından, onun uçuşa hazırlaşarkən hədəf koordinatlarını səhv daxil etməsi səbəbindən baş verdiyini bildirib. Nəticədə 14-ü hərbçi olmaqla, 29 nəfər yaralanıb. Yenilənmiş məlumata görə, yaralanan mülki şəxslərin sayı 19-a çatıb. (Oxu.Az)

Seçilən
9
1
sfera.az

4Mənbələr