AZ

Türkiyənin Mədəniyyət və Turizm naziri : “2025-ci ildə hədəfimiz 65 milyon turist qəbul etməkdir”

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy  Berlində Türkiyənin turizm potensialı və qarşıya qoyduqları məqsədləri ilə bağlı  açıqlama verib.

Ulusal.az xəbər verir ki, Mehmet Nuri Ersoy qeyd edib ki, Türkiyə 2025-ci ildə də turizm sahəsində  öz istəklərinə çatacaq.

“2024-cü ili 62,3 milyon turist  və 61,1 milyard dollar turizm gəliri əldə etdik, 2025-ci il üçün hədəfimiz  65 milyon turist qəbul edərək,  64 milyard dollar gəlir etməkdir” – deyə Mehmet Nuri Ersoy bildirib.

Nazir  adambaşına düşən gecəlik gəlirin 2017-ci ildə 83 dollardan 2024-cü ildə yüzdə 31 artaraq 108 dollara yüksəldiyini bildirib.

“2024-cü ildə Rusiyadan 6,7 milyon, Almaniyadan isə 6,6 milyon turist qəbul etmişik. Bu il bu statistikanı daha da yaxşılaşdıracayıq” – deyə nazir bildirib.

Seçilən
43
1
moderator.az

2Mənbələr