AZ

Türkiyənin Mədəniyyət və Turizm naziri : “2025-ci ildə hədəfimiz 65 milyon turist qəbul etməkdir”

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Berlində Türkiyənin turizm potensialı və qarşıya qoyduqları məqsədləri ilə bağlı açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, Mehmet Nuri Ersoy qeyd edib ki, Türkiyə 2025-ci ildə də turizm sahəsində öz istəklərinə çatacaq.

“2024-cü ili 62,3 milyon turist və 61,1 milyard dollar turizm gəliri əldə etdik, 2025-ci il üçün hədəfimiz 65 milyon turist qəbul edərək, 64 milyard dollar gəlir etməkdir” – deyə Mehmet Nuri Ersoy bildirib.

Nazir adambaşına düşən gecəlik gəlirin 2017-ci ildə 83 dollardan 2024-cü ildə yüzdə 31 artaraq 108 dollara yüksəldiyini bildirib.

“2024-cü ildə Rusiyadan 6,7 milyon, Almaniyadan isə 6,6 milyon turist qəbul etmişik. Bu il bu statistikanı daha da yaxşılaşdıracayıq” – deyə nazir bildirib.

Seçilən
54
1
veteninfo.az

2Mənbələr