AZ

Bakıda qəribə hadisə: Sürücüsü olmayan avtobus qəza törətdi

Bakı  şəhəri, Səbail rayonu Bayraq meydanı yaxınlığında avtobusda qəzaya uğrayıb.

Heftelik.az-ın xəbərinə görə, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

“Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücüsü olmayıb. Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Park vəziyyətində olan “Daewoo” markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır”, – deyə T.Nəsirli bildirib.

Seçilən
57
8
heftelik.az

9Mənbələr