"Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücüsü olmayıb"...
Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.
"Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.
Park vəziyyətində olan "Daewoo" markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır", - deyə T.Nəsirli bildirib.
***
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
APA xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində baş verib.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli APA-nın sorğusuna cavab olaraq bildirib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.
Faktla bağlı araşdırılma aparılır.
Poliqon.info