Hökumətin internet saytından verilən açıqlamada Norveçin Ukraynaya 4,6 milyard dollar əlavə yardım edəcəyi qeyd olunub. Qərar Norveç parlamentində keçirilən səsvermədən sonra qəbul edilib.
Norveçin Ukraynaya yeni yardımı ölkənin ümumi dəstəyini iki dəfədən çox artıracaq. 2025-ci il üçün bu əlavə yardımla Norveçin Ukraynaya ümumi yardımı 7,8 milyard dollara çatacaq.