Norveç Ukraynaya verdiyi dəstəyin 4,6 milyard dollar artırılacağını açıqlayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərar Norveç parlamentində keçirilən səsvermədən sonra qəbul edilib. Norveçin Ukraynaya yeni yardımı ölkənin ümumi dəstəyini iki dəfədən çox artıracaq.
2025-ci il üçün bu əlavə yardımla Norveçin Ukraynaya ümumi yardımı 7,8 milyard dollara çatacaq.
Fidan Hacızadə