Gəncə şəhərində 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi məlum olub.
TƏBİB-dən Ölkə.Az-a bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.
Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunub.
***
Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.
Ölkə.Az "Report"a istinadla xəbər verir ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Xəstəxanada ona tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırıma aparılır.