Gəncədə 4 yaşlı uşaq xəstəxanada ölüb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər Uşaq Xəstəxanasında baş verib.
TƏBİB-dən APA-ya bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.
Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünə səbəb spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı olub.
"Cebheinfo.az"