Son beş ildə Avropa ABŞ-dan əhəmiyyətli dərəcədə çox silah alıb. Belə ki, 2020-2024-cü illərdə alınan silahların yarıdan çoxu ABŞ istehsalıdır.
Publika.az xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik və silah ticarəti sahəsində tədqiqatlar aparan İsveçin SIPRI mərkəzi bildirib.
Mərkəzin araşdırmalarına görə, ABŞ-dan Avropaya silah ixracı üç dəfədən çox artıb.
Son illər ABŞ-dan idxal kifayət qədər artıb. Bu, 2015-2019-cu illərlə müqayisədə 233 faiz daha çoxdur. Bundan başqa, ABŞ-ın silah şirkətlərinin dünya silah ixracatındakı payı 35 faizdən 43 faizə yüksəlib.