AZ

Avropa ABŞ silahından daha çox asılı vəziyyətdədir

Son beş ildə Avropa ABŞ-dən əhəmiyyətli dərəcədə çox silah alıb. 2020-2024-cü illərdə alınan silahların yarıdan çoxu ABŞ istehsalıdır.

Xezerxeber.az xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik və silah ticarəti sahəsində tədqiqatlar aparan İsveçin SIPRI mərkəzinin araşdırmaları sübut edir.

Araşdırmaya görə, ABŞ-dən Avropaya silah ixracı üç dəfədən çox artıb.

SIPRI mərkəzinin tədqiqatçısı Piter Vezemanın fikincə, NATO üzvü olan Avropa dövlətləri öz müdafiə sənayelərini gücləndirmək üçün addımlar atır. Beləliklə, onlar ABŞ-dən asılılıqlarını maksimum azaldaraq, daha müstəqil olmaq istəyirlər.

Son illər ABŞ-dən idxal kifayət qədər artıb. Bu, 2015-2019-cu illərlə müqayisədə 233 faiz daha çoxdur. Bundan başqa, ABŞ-nin silah şirkətlərinin dünya silah ixracatındakı payı 35 faizdən 43 faizə yüksəlib.

Son beş ildə Ukrayna ən böyük silah idxalçısına çevrilib. Qlobal silah idxalının 8,8 faizi bu ölkənin payına düşür. İdxal həcmi 2020-ci ildən əvvəlki beş illə müqayisədə demək olar ki, yüz dəfə artıb. Ukraynanın əsas silahlarının 45 faizi ABŞ-dən gəlib.

Seçilən
38
2
xezerxeber.az

4Mənbələr