AZ

Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edildi

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində xilasedici köməyinə ehtiyac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” və “QAZ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
32
11
qafqazinfo.az

10Mənbələr