Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində xilasedici köməyinə ehtiyac yaranıb.
Viral.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Son Yazılar:
- Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas EDİLDİ
- Moskva vilayətinə PUA hücumu – ölən və yaralananlar VAR
- Dumanlı hava nə vaxtadək davam EDƏCƏK?
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” və “QAZ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.