“MilliÖn” və “m10” kimi brendlərə sahib elektron pul təşkilatı “PashaPay” MMC-nin İdarə Heyətinə yeni üzv seçilir.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, İlya Losev İdarə Heyətinin üzvü seçilib.
O bu vəzifədə Cəmil Abdullayev İlyas oğlunu əvəz edib.
Hazırda şirkətin İdarə Heyətinin sədri Samir Məmmədov, digər üzvləri isə Pünhan Nərimanov İlham oğlu və Eqor Petrovdur.
Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40 022 000 manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.