AZ

Daha bir əcnəbi “PashaPay”in İdarə Heyətinə təyin edildi

“MilliÖn” və “m10” kimi brendlərə sahib elektron pul təşkilatı “PashaPay” MMC-nin İdarə Heyətinə yeni üzv seçilir.

NOCOMMENT.az “Banker”ə istinadən xəbər verir ki, İlya Losev İdarə Heyətinin üzvü seçilib.

O, bu vəzifədə Cəmil Abdullayev İlyas oğlunu əvəz edib. İ.Losev Rusiya Federasiyasında çalışıb.

Hazırda şirkətin İdarə Heyətinin sədri Samir Məmmədov, digər üzvləri isə Pünhan Nərimanov İlham oğlu və Eqor Petrovdur.

Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40 022 000 manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.

Seçilən
10
2
nocomment.az

3Mənbələr