AZ

İspaniyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyaKrallığında yaşayan Azərbaycan icması ilə görüşüb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvüGülnar Hacıyevanın moderatorluğu ilə keçirilən görüş AzərbaycanınDövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyüuğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətənövladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

“Bu gün Azərbaycan dövləti diasporun inkişafına yeni konseptualyanaşma ortaya qoyub və bununla da nümunəvi model yaradıb.Dövlətimizin diaspora yanaşması onun daha da güclənməsinəhesablanıb”.

Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradov İspaniyada yaşayan azərbaycanlılarla keçirilən görüş zamanıdeyib. Komitə sədri çıxışında Ümummilli Lider Heydər Əliyevinəsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyevtərəfindən inkişaf etdirilərək yeni mərhələyə yüksəlməsinə,diasporumuzun Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyətgöstərməsinə diqqət çəkib.

Toplantıda Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu ƏfqanXəlili iştirak edib.

Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri,Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilənçoxsaylı layihələrlə bağlı videotəqdimat keçirilib.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrəkoordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin vəBarselona Azərbaycan Evinin sədri Kərim Kərimov AKŞ-nin fəaliyyətihaqqında məlumat verib, Azərbaycan icmaları, cəmiyyət vəbirliklərin fəaliyyətinin gücləndirilməsinin önəminivurğulayıb.

Daha sonra diasporun inkişafı, strateji təşəbbüslərindəstəklənməsi, icmalaşma prosesinin gücləndirilməsi və digərmövzularla bağlı fikir mübadiləsi aparılıb, suallarcavablandırılıb.

İcma görüşü İspaniya Azərbaycanlıları Koordinasiya Şurasınıntoplantısının keçirilməsi ilə davam edib.

Koordinasiya Şurasının fəaliyyətinə dair hesabat dinlənilib,qazanılan uğurlar və həyata keçirilən layihələr geniş müzakirəolunub.

Görüşdə İspaniyanın müxtəlif şəhər və regionlarında, o cümlədənBarselona, Bilbao, Madrid, Valensiya, Alikante və digərşəhərlərində, həmçinin Portuqaliyada yaşayan soydaşlarımız iştirakedib. İcma görüşünə 120-dən çox soydaşımız qatılıb və onlarınarasında Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçıları daolub.

Qarabağ xanı Pənahəli xanın İspaniyada yaşayan varisi, DiasporGənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçısıMəhəmmədəli Əkbərov İspaniya Azərbaycanlıları KoordinasiyaŞurasının İspaniya üzrə koordinatoru, Naxçıvanda keçirilən DiasporGənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Milana Seyidzadə isəPortuqaliya üzrə koordinatoru seçilib.

İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
İspaniyada
Seçilən
31
3
az.trend.az

10Mənbələr