AZ

İspaniyada Azərbaycan icması ilə görüş

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniya Krallığında yaşayan Azərbaycan icması ilə görüşüb.

Publika.az xəbər verir ki, komitə sədri görüşdə çıxış edib, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni mərhələyə yüksəlməsinə, diasporumuzun Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyət göstərməsinə diqqət çəkib.

“Bu gün Azərbaycan dövləti diasporun inkişafına yeni konseptual yanaşma ortaya qoyub və bununla da nümunəvi model yaradıb. Dövlətimizin diaspora yanaşması onun daha da güclənməsinə hesablanıb”, - F. Muradov qeyd edib.

Toplantıda Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili, İspaniyanın müxtəlif şəhər və regionlarından, həmçinin Portuqaliyadan gələn ümumilikdə 120-dən çox soydaşımız iştirak edib.

Daha sonra diasporun inkişafı, strateji təşəbbüslərin dəstəklənməsi, icmalaşma prosesinin gücləndirilməsi və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Seçilən
11
3
publika.az

10Mənbələr