"Verilişimə qadın bir Xalq artisti gəldi. O çox nadir hallarda efirə çıxır. Onun xətrini çox istəyirəm. Amma efirə gecikmişdi. Gördüm ki, studiyanın arxasında dayanıb. Canlı efir gedir, heç kimə deyə bilmirəm ki, bəs bu qadın niyə görə hələ də paltarını dəyişməyib? Birdə gördüm ki, o artıq studiyaya daxil olmaq istəyir. Məndə onu efirə çağırdım. Gəldi oturdu yanımda".
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib.
O, adını açıqlamadığı Xalq artistinin verilişinə çirkli geyimdə gəlməsindən danışıb:
"Əyninə qara rəngli köynək geyinmişdi. Evdən çıxanda ya qatıq, ya da ayranı götürüb çəkib başına, o da ağzının yanından dağılıb düşüb sinəsinə. And olsun Allaha, onun köynəyinin üstündə ya dovğa, ya da qatıq ləkəsi var idi. Saçını arxadan yığmışdı. Elə bil ki, saçına 15 gündür su dəymir. O qədər bərbad idi ki… Yanında da oturmuşdum, onun tərinin qoxusundan baş çatlayırdı. Bu qədər hörmətsizlik olar? Mən gərək o Xalq artistini efirdən yola salardım. Nə olsun ki, Xalq artistidir. Bəs xalqın artisti o şəkildə efirə çıxar?