AZ

"Həmin Xalq artistinin tərinin iyindən oturmaq mümkün deyildi"

"Verilişimə qadın bir Xalq artisti gəldi. O çox nadir hallarda efirə çıxır. Onun xətrini çox istəyirəm. Amma efirə gecikmişdi. Gördüm ki, studiyanın arxasında dayanıb. Canlı efir gedir, heç kimə deyə bilmirəm ki, bəs bu qadın nəyə görə hələ də paltarını dəyişməyib? Bir də gördüm ki, o artıq studiyaya daxil olmaq istəyir. Mən də onu efirə çağırdım. Gəldi oturdu yanımda".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, adını açıqlamadığı Xalq artistinin verilişinə çirkli geyimdə gəlməsindən danışıb:

"Əyninə qara rəngli köynək geyinmişdi. Evdən çıxanda ya qatıq, ya da ayranı götürüb çəkib başına, o da ağzının yanından dağılıb düşüb sinəsinə. And olsun Allaha, onun köynəyinin üstündə ya dovğa, ya da qatıq ləkəsi var idi. Saçını arxadan yığmışdı. Elə bil ki, saçına 15 gündür su dəymir. O qədər bərbad idi ki… Yanında da oturmuşdum, onun tərinin qoxusundan baş çatlayırdı. Bu qədər hörmətsizlik olar? Mən gərək o Xalq artistini efirdən yola salardım. Nə olsun ki, Xalq artistidir. Bəs xalqın artisti o şəkildə efirə çıxar?

Məəttəl qaldım, bu qədər məsuliyyətsizlik olar? Demir ki, mən Xalq artistiyəm, efirə çıxıram, saçıma, geyimimə əl gəzdirim. Düşündüm ki, onun yaxasındakı o ləkə bəlli olmaz. Amma efirdən sonra onun çox sayda həmkarı mənə zəng edib, onu tənqid etdilər. Bir Xalq artisti isə əsəbdən telefonda ağladı. Dedi ki, niyə o Xalq artisti o şəkildə efirə çıxıb, adımızı batırır?"

Seçilən
33
11
olke.az

10Mənbələr