Gürcüstan Prezidenti Mixail Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı xəbər yayıb.
İki ölkə rəsmisi görüş zamanı qonşu dövlətlər arasında tarixən möhkəm dostluq münasibətlərini və strateji tərəfdaşlığın mövcud durumunu, həmçinin, Türkiyə ilə üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mixail Kavelaşvili bəyan edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.
***
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.