AZ

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İrakli Kobaxidzenin və Azərbaycanın Baş nazirinin həmsədrliyi ilə cari ilin yanvarında keçirilmiş Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub. Əməkdaşlığın dərinləşməsində yüksəksəviyyəli səfərlərin əhəmiyyətinə də diqqət yetirilib.

Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinin təşviqini müzakirə ediblər.

Görüşdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin edilməsinə töhfə verməyə hazırdır.

Seçilən
47
5
yeniazerbaycan.com

10Mənbələr