AZ

Cüdoçularımız Olimpiya Təlim Düşərgəsində iştirak edirlər

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsində iştirak edirlər.

Apasport.az xəbər verir ki, hazırlıq prosesinə yığmanın 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.

Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.

Təlim-məşq toplanışı martın 21-dən 23-dək Gürcüstanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi martın 17-də başa çatacaq.

Cüdoçuların Liqa yarışında qaliblər müəyyənləşib

Cüdoçularımız Antalya Avropa Kubokunda iştirak edəcək

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadır

Cüdoçumuz Daşkənddə gümüş medal qazanıb

Avropa Kuboku yenidən Göygöldə keçiriləcək

Seçilən
42
7
apasport.az

8Mənbələr