AZ

AFP: yaraqlılar Pakistanda 450 sərnişini girov götürüb

Pakistanda Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının silahlıları qatarda 450 sərnişini girov götürüb.

NOCOMMENT.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə Bəlucistan əyalətinin dəmir yolu departamentinin yüksək vəzifəli rəsmisi Məhəmməd Kaşif deyib.

“Qatarın göyərtəsində olan 450-dən çox sərnişin yaraqlılar tərəfindən girov saxlanılır”, – agentlik onun sözlərini sitat gətirir.

Geo TV-nin məlumatına görə , ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında intensiv atışma olub.

Seçilən
45
4
nocomment.az

5Mənbələr