Pakistan təhlükəsizlik qüvvələri "Bəlucistan Azadlıq Ordusu"nun silahlıları tərəfindən qatarda girov saxlanılan 450 sərnişindən 80-ni azad edib.
“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Məlumata görə, azad olunanlar arasında 11 uşaq və 26 qadın var.
Qeyd edək ki, martın 11-də günorta saatlarında silahlılar qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb.