AZ

Ağstafada Qarayazı qoruğundakı yanğın söndürülüb - YENİLƏNİB-1

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verib və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

17.16

Qarayazı Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın 10 hektara yaxın meşə ərazisini əhatə edib.

Meşənin yaxınlığında baş verən yanğının tədricən meşə ərazisinə keçdiyi bildirilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən baş vermiş yanğın söndürülüb. Meşənin qalan hissəsi yanğından mühafizə edilib.

Fuad Nazimoğlu

***

15:58

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
43
50
apa.az

10Mənbələr