AZ

Ağstafada Qarayazı qoruğundakı yanğın söndürülüb

Qarayazı Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, 10 hektara yaxın meşə ərazisi yanıb.

Meşənin yaxınlığında baş verən yanğının tədricən meşə ərazisinə keçdiyi bildirilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən baş vermiş yanğın söndürülüb. Meşənin qalan hissəsi yanğından mühafizə edilib.

16:05

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
53
50
far.az

10Mənbələr