AZ

QHT sədrləri ermənilərin təxribat xarakterli çıxışının qarşısını aldılar

Bu gün Moldovanın paytaxtı Kişinyovda  təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransda gərgin anlar yaşanıb.
QHT.az xəbər verir ki, tədbirin 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağın” sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycan ilə bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.

Erməni nümayəndə Qarabağla bağlı qərəzli iddialar irəli sürdüyü anda İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli və Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə dərhal etiraz edərək, bunun tədbirin mövzusuna aidiyyəti olmadığını bildiriblər. Onlar eyni zamanda Qarabağdan bir milyondan çox azərbaycanlının zorla çıxarıldığını qeyd edərək, tərəflər sülhə hazırlaşdığı bir zamanda bu cür ittihamların yolverilməz olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan nümayəndələrin etirazından sonra təşkilatçılar Azərbaycan nümayəndə heyətindən üzr istəyərək erməni nümayəndəsinin çıxışını yarımçıq dayandırıblar.

Seçilən
22
1
qht.az

2Mənbələr