AZ

Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri müntəzəm əlaqə saxlamaq barədə razılıq əldə ediblər

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff telefon danışığı aparıblar.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatında bildirilib.

Qeyd edilib ki, Moskva və Vaşinqton arasında münasibətlərdə qarşıdurmanı azaltmaq üçün müntəzəm əlaqələri saxlamağa razılaşıblar.

"2025-ci il martın 11-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə ABŞ MKİ-nin rəhbəri Con Retkliff arasında telefon danışığı baş tutub. Söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq dairələri və böhran vəziyyətlərinin tənzimlənməsi istiqamətində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib", - məlumatda qeyd olunub.

Seçilən
10
report.az

1Mənbələr