Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff telefon danışığı aparıblar.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatında bildirilib.
Qeyd edilib ki, Moskva və Vaşinqton arasında münasibətlərdə qarşıdurmanı azaltmaq üçün müntəzəm əlaqələri saxlamağa razılaşıblar.
"2025-ci il martın 11-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə ABŞ MKİ-nin rəhbəri Con Retkliff arasında telefon danışığı baş tutub. Söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq dairələri və böhran vəziyyətlərinin tənzimlənməsi istiqamətində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib", - məlumatda qeyd olunub.