AZ

Bu il 10 milyard manatdan çox sənaye məhsulu istehsal edilib

Bakı, 12 mart, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 6,7 faiz artıb.

Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 47 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 27,8 faiz, maşın və avadanlıqların istehsalı 22,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 21,8 faiz, əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, neft məhsullarının istehsalı 15,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, içkilərin istehsalı 5,4 faiz, elektrik avadanlıqlarının istehsalı 5,2 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, mebel istehsalı 5,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,9 faiz, hazır metal məmulatlarının istehsalı 9 faiz, tikinti materiallarının istehsalı 12,3 faiz, tütün məmulatlarının istehsalı 25,4 faiz, kağız və karton istehsalı 32,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,1 faiz, geyim istehsalı 39,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,5 faiz, poliqrafiya məhsullarının istehsalı isə 60,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artıb.

Seçilən
22
6
azertag.az

10Mənbələr